
İsrailin İrana endirdiyi zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, briqada generalı Hacızadə cümə günü səhər saatlarında İsrailin SEPAH mərkəzinə endirdiyi zərbə nəticəsində öldürülüb.
SEPAH xəbərdarlıq edib ki, İsrail və onun dəstəkçiləri lazımi vaxt və yerdə layiqli cavablarını alacaqlar.