Harris Yulin vəfat etdi


Amerikalı aktyor Harris Yulin 87 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
“Teatr və kino veteranı Harris Yulin çərşənbə axşamı, iyunun 10-da Nyu-Yorkda ürək tutmasından vəfat edib. Onun 87 yaşı var idi”, - nəşr yazır.
Aktyorun nümayəndəsi daha sonra anım mərasiminin keçiriləcəyini təsdiqləyib.
Yulin 1937-ci ildə Los-Ancelesdə anadan olub. 1970-ci illərdən o, film çəkilişləri ilə yanaşı, televiziya və teatr tamaşalarında da fəal iştirak edib.
Tamaşaçı onu “Scarface” (1983) və “Ghostbusters II” (1989) filmlərindəki iştirakından tanıya bilər. Qeyd olunur ki, Yulin ən son “Veep”, “Unbreakable Kimmy Schmidt”, “Just So...” və digər seriallarda rol alıb.

DİGƏR XƏBƏRLƏR

Top