
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo millinin heyətində vurduğu qolların sayına görə dünya rekordu vurub.
Yeniavaz.com xəbər verir ki, o buna Millətlər Liqasının finalında İspaniya ilə qarşılaşmada vurduğu qolla nail olub (61).
Ronaldo millinin heyətində 138-ci qolunu vuraraq, dünya rekordunu yeniləyib.
İkinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.
Digər tərəfdən, Ronaldo Portuqaliya ilə üçüncü kubokunu qazanıb. Belə ki, o, həmçinin 2019-cu ildə Millətlər Liqasının və 2016-cı ildə Avropa Çempionatının qalibi olub.
40 yaşlı Ronaldo turnir tarixində Millətlər Liqasının finalının ən yaşlı iştirakçısı olub.