Ronaldonun qolu Portuqaliyanı finala çıxardı – Video


Münhendəki “Allianz Arena”da keçirilən yarımfinalda Almaniyanı 2:1 hesabı ilə məğlub edən Portuqaliya Millətlər Liqasının finalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, hesabı 48-ci dəqiqədə Almaniya millisinin və “Bayer”in yarımmüdafiəçisi Florian Virts açıb.
63-cü dəqiqədə “Yuventus”un hücumçusu Şiku Konseysao bərabərlik qolunu vurub.
Beş dəqiqə sonra portuqaliyalı ulduz futbolçu, 40 yaşlı Kriştianu Ronaldo səhnəyə çıxıb və komandasına qələbə qazandıran qolu vurub. Bununla da o, Portuqaliya millisinin heyətində 220-ci oyununda 137-ci dəfə fərqlənib.
Qeyd edək ki, final uğrunda digər görüş bu gün İspaniya və Fransa komandaları arasında baş tutacaq. Oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top