Qəzzada xəstəxanaların ən azı 94%-i dağıdılıb – ÜST


Qəzza zolağında bütün xəstəxanaların ən azı 94%-i ya qismən, yada tamamilə dağıdılıb və şimal Fələstin anklavında insanların demək olar ki, heç bir tibbi xidmətə çıxışı yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında öz əksini tapıb.
“Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 19-u fəaliyyətini davam etdirir, onlardan yalnız 12-si müxtəlif tibbi xidmətlər göstərir. Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i ya qismən, ya da tamamilə dağıdılıb”, - deyə hesabatda bildirilib.
18 mart 2025-ci il tarixində anklavda döyüşlərin bərpasından bəri ÜST səhiyyə müəssisələrinə 28 hücum qeydə alıb. 2023-cü ilin oktyabr ayından bəri isə belə hücumların sayı ən azı 697 olub.
“Hazırda Qəzzada yalnız 2 min çarpayılıq xəstəxana və 2 milyondan çox insan var”, - deyə ÜST əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top