İsrail ordusu HƏMAS-ın səhra komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində keçirilən əməliyyatla Fələstinin Cenin şəhəri yaxınlığında HƏMAS hərəkatının səhra komandiri Vassem Hazemin zərərsizləşdirildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hazem ərazidəki yolların birində avtomobillə hərəkət edərkən zərərsizləşdirilib. Qeyd olunub ki, daha sonra Hazemlə avtomobildə olan daha iki HƏMAS yaraqlısı hava zərbəsi nəticəsində öldürülüb.
Mətbuat xidməti qeyd edib ki, Hazem HƏMAS-ın təşkil etdiyi bir sıra hücumlara rəhbərlik edib.
“IDF hərbçiləri arasında xəsarət alan olmayıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top