
Xəbər verdiyimiz kimi, iyulun 15-də Argentina millisi Kolumbiya millisinə qalib gələrək Amerika Kubokunun qalibi olub (1:0).
Yeniavaz.com xəbər verir ki, beləliklə, Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 45-ci kubokunu qazanıb.
Bununla da, o, futbol tarixinin ən çox kubok alan futbolçusu olub.
Təkcə milli komandanın tərkibində Messi 4 kubok qazanıb: Amerika Kuboku 2021, Finalissima 2022, Dünya Kuboku 2022, Amerika Kuboku 2024.
Bu gün baş tutan finalda Messi meydana start heyətində daxil olub. Ancaq ayağından zədələndiyi üçün 66-cı dəqiqədə əvəzlənib. Messi ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyib.
37 yaşlı forvard turnirdə keçirdiyi 5 oyunda 1 qol vurub.
Qazanılan kubokların sayına görə ikinci yeri Messinin “Barselona”dakı keçmiş komanda yoldaşı, braziliyalı Dani Alves tutur. Onun 44 kuboku var.
O, əzəli rəqibi Kriştianu Ronaldonu isə 10 kubok fərqi ilə geridə qoyur. Ronaldonun 35 kuboku var.