Qəzzada daha 2 jurnalist öldürüldü


İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 2 jurnalistin öldürüldüyü bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisindən yazılı məlumat verilib. 
Məlumata görə, İsrail ordusunun,Qəzza zolağının Rəfah və Cibaliyə şəhərlərində həyata keçirdiyi hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Enğam Əhməd Adva həyatını itirib.
Bildirilib ki, beləliklə, oktyabrın 7-dən bu yana İsrail tərəfindən Qəzzada öldürülən jurnalistlərin sayı 126-ya çatıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 fələstinli isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top