
İrevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, regional təhlükəsizlik məsələlərinə toxunublar.
Qeyd edilir ki, bundan əvvəl Bono Ermənistan paytaxtında Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilib.