
Bu gün Ukraynada baş verən zərbələr nəticəsində 26 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Aleksey Kuleba məlumat yayıb.
Kuleba bildirib ki, fövqəladə hallar xidmətləri və hökumət rəsmiləri zərbə yelərində işləyir və insanlara təcili yardım göstərilir:
“Ukraynada səhər saatlarında baş verən kütləvi atəş nəticəsində ümumilikdə 26 nəfər həlak olub, 120-dən çox insan yaralanıb”.
***14:48
Bu gün, dekabrın 29-da Rusiya qoşunları Ukraynaya qarşı 158 hava hücumu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Ukrayna qoşunları Rusiyanın 158 hava hədəfindən 114-nü məhv edib.
“Bu gecə düşmən Ukraynaya böyük raket zərbəsi endirib. Kritik infrastrukturlara, sənaye və hərbi obyektlərə hücum edilib. Təəssüf ki, ölənlər və yaralananlar var”, - Zalujnı məlumat verib.
“İlkin nəticələrə görə, həmin gecə Ukraynaya qarşı müxtəlif tipli raketlər və hücum PUA-ları daxil olmaqla 158 hava hücumu silahından istifadə edilib. Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna Müdafiə Qüvvələri ilə birgə 114 hava hədəfini məhv edib. Onlardan 27-si “Şahed-136/131” hücum PUA-sı, 87-si “X-101/X-555/X-55” qanadlı raketləridir”, - deyə Baş komandan bildirib.
O qeyd edib ki, ruslar ənənəvi olaraq əvvəlcə şimal və cənub-şərq istiqamətindən PUA-larla hücuma keçiblər, ardınca isə qərb istiqamətində hərəkət ediblər. Ümumilikdə, 36 “Şahed-136/131” hücum PUA-sı qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz