
İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə bir İsrail əsgərinin öldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumata yayıb.
Nəşrin məlumatına görə, 188-ci zirehli briqadanın 71-ci batalyonunun əsgəri, 19 yaşlı çavuş Amit Hod Ziv “Hizbullah” təşkilatının Livandan atəşə tutması nəticəsində həlak olub.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin yeni kəskinləşməsi başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 472 olub.
Tətbiqimizi yükləyə bilərsiniz