80-ci illərin ən yaxşı futbolçuları açıqlandı


1980-1989-cu illər aralığında planetin ən yaxşı futbolçularının reytinqi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, siyahını Britaniyanın “FourFourTwo” portalı hazırlayıb.
Siyahıda birinci yeri argentinalı Dieqo Maradona tutub. İlk üçlüyə fransalı Mişel Platini və niderlandlı Marko van Basten daxil olub.
İlk onluğa Ziko (Braziliya), Frank Raykard (Niderland), Qaetano Şirea (İtaliya), Franko Barezi (İatliya), Ruud Gullit (Niderland), Karl-Hayns Rummenigge (Almaniya), Ronald Kuman (Niderland) kimi məşhur futbolçuların adları daxil edilib.
Siyahiya keçmiş SSRİ məkanından İqor Belanov (Ukrayna), Oleq Bloxin (Ukrayna), Rinat Dasayev (Rusiya) kimi futbolçuların da adları daxil olub. İqor Belanov siyahıda 18-ci, Oleq Bloxin 19-cu, Rinat Dasayev isə 22-ci yerdə qərarlaşıb.
Siyahının lideri Dieqo Maradona furbol karyerasında “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “​​Napoli”, “Sevilya” və “Nyuells Old Boys” klublarında çıxış edib.
Argentina milli komandasının tərkibində o, 91 oyunda iştirak edib və 34 qol vurub. 1986-cı il dünya çempionatının nəticələrinə görə, Maradona turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Növbəti dünya çempionatında isə forvard yarışın gümüş mükafatçısı olub. Dieqo Maradona Pele ilə birlikdə FİFA tərəfindən 20-ci əsrin oyunçusu seçilib.

DİGƏR XƏBƏRLƏR

Top