“Rusiya NATO ölkəsinə hücum edə bilər” – Blinken


“Rusiya NATO ölkəsinə hücum edə və ABŞ-ni daha geniş münaqişəyə sürükləyə bilər”.
Yeniavaz.com
xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken bunu CNN telekanalına müsahibəsində deyib.
O, buna görə də Rusiyanın Ukraynada dayandırılmasının vacib olduğunu bildirib:
“Rusiya Ukraynada dayandırılmalıdır, çünki Rusiya NATO ölkəsinə hücum edə və ABŞ-ni daha ​​geniş münaqişəyə sürükləyə bilər”.
Bundan əlavə, o qeyd edib ki, Ukraynaya yardımın ayrılması ilə bağlı problemlər Kremlin xeyrinədir.
“Məncə, əlavə büdcə tələbi Konqresdə səsə qoyulmasa və təsdiqlənməsə, sevinən yeganə tərəflər Moskva, Tehran və Pekin olacaq”, - Blinken deyib.
“Bu, Ukrayna üçün çox vacibdir. Ukrayna son bir il ərzində mühüm irəliləyiş əldə edib və 2022-ci ilin fevralından bəri ələ keçirilən ərazilərin 50%-dən çoxunu geri alıb”, - ABŞ rəsmisi əlavə edib.
Qeyd edək ki, dekabrın 6-da Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsi Senatda səsvermədən keçə bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top