
Serbiyanın Niş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Yeniavaz.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb.
Dövlət başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***17:30
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Yeniavaz.com xəbər verir, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Tətbiqimizi yükləyə bilərsiniz