“Hizbullah” İsrail mövqelərini bombaladığını deyir


“Hizbullah” şiə milislərinin silahlı birləşmələri Livanla sərhəddə İsrail hərbçilərinin mövqelərinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hizbullah”ın hərbi informasiya xidmətinin Teleqram kanalında dərc olunmuş məlumatda deyilir.
“İslam müqavimət döyüşçüləri Qəzza zolağında Fələstin xalqının işğal rejiminin davam edən təcavüzünə qarşı müqavimətini dəstəkləmək üçün zərbələr endiriblər”, – məlumatda bildirilir.
Qeyd olunub ki, İsrailin Birket Riş, Cel əl-Aləm, Ramiya, Ruveysat, Nəqur, Həmra və Səməkdəki komanda və müşahidə məntəqələri raket və minaatanlarla atəşə tutulub. Həmçinin Biranit və Metulla yəhudi yaşayış məntəqələrindəki ordu kazarmalarının da atəşə tutulduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top