BDYPİ-dən sürücülərə daha bir müraciət


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir:
“Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir”.

DİGƏR XƏBƏRLƏR

Top