Azərbaycanda güclü zəlzələ oldu


Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 08:16-də baş verən 5,6 bal gücündə zəlzələ hiss olunub:
“Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 68 km dərinlikdə yerləşib və 5-3 bala qədər hiss olunub”.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri zəlzələnin Bakı-Abşeron ərazisində nəzərə çarpacaq  dərəcədə hiss olunduğunu bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top