Çörək ucuzlaşdı - Video


Bərdədə marketlərdə satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

Yeniavaz.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonda əvvəllər 50 qəpiyə satılan çörək 10 qəpik ucuzlaşıb.
Əvvəllər əla növ unun 50 kq-lıq kisəsi 42-44 manata satıldığı halda, hazırda qiymət 37-38 manatdır. Bu isə çörəyin qiymətini aşağı salmağa imkan verib.
Rayonda çörək istehsal edən zavodlardan "Xəzər Xəbər"ə bildirilib ki, əvvəllər çörəyin topdansatış qiyməti 45 qəpik idisə, hazırda 35 qəpikdir. Bərdədə ucuzlaşma hələlik yalnız zavodlarda bişirilən çörəyin qiymətində qeydə alınıb. Digər çörəklərin qiyməti isə əvvəlki kimi 60-70 qəpik arasında dəyişir.
Sumqayıtda da çörəyin qiymətində enmə müşahidə edilir. Ancaq bu ucuzlaşmaya yalnız iri market şəbəkələrində rast gəlmək mümkündür.
Çörəyin qiymətində enmə qeydə alınsa da, çəkisində hər hansı dəyişikliyin olmadığı bildirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top