Azərbaycan səfirliyinə hücum edən terrorçu BDU-nu bitirib?


Azərbaycanın İrandakı səfirliyinə hücum edərək bir nəfəri şəhid edib, 2 nəfəri yaralayan Yasin Hüseynzadənin Bakı Dövlət Universitetinin məzunu olduğu bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu öz feysbuk hesabında bildirib.
“Nədən heç kəs demir ki, Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb?”, - deyə o vurğulayıb.
Ə. Oruclunun sözlərinə görə faktı Y. Hüseynzadənin tələbə yoldaşları da təsdiqləyiblər.
 

DİGƏR XƏBƏRLƏR

Top