Azərbaycanlı jurnalist Gürcüstanda aksiya zamanı polis zorakılığına məruz qalıb – Video


Xəbər verdiyimiz kimi, həftənin əvvəlindən qonşu Gürcüstanda “Xarici agentlər” haqqında qanun layihəsinin əleyhdarları Tbilisidə parlament binası yaxınlığında toplaşaraq etiraz aksiyaları keçirilir. Ötən axşam da belə aksiyalardan növbətisi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, gecə saatlarınadək davam edən aksiya polis zorakılığı ilə dağıdılıb.
Bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Hazırda Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Nurlan Qəhrəmanlı (Libre) da aksiya zamanı polis zorakılığına məruz qalıb. O bu barədə öz Feysbuk səhifəsində məlumat dərc edib və sözügedən anların kadrlarını yayıb.

N. Qəhrəmanlı polis zorakılığı nəticəsində aldığı xəsarəti əks etdirən foto da dərc edib.

Xatırladaq ki, aprelin əvvəlində hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti onun qəbulundan imtina etməyə məcbur etməsindən bir il sonra baş verib.
Qanun layihəsinə həm Gürcüstan Prezidenti Salome Zurabişvili, həm müxalifət, həm də diplomatik korpus, o cümlədən Aİ-nin Gürcüstandakı missiyası və ABŞ səfirliyi etiraz edib. Təşəbbüsün əleyhdarlarının fikrincə, qanun layihəsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına mane olacaq.

DİGƏR XƏBƏRLƏR

Top