Yaponiyada güclü yağışlar səbəbi ilə 200 mindən çox insan təxliyə ediləcək


Yaponiyanın cənub əyalətlərində şiddətli yağışların yağması nəticəsində 245 min nəfərin ərazidən təxliyə edilməsi başladılıb.
Yeniavaz.com
"NTV"ə istinadla xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubundakı sahil bölgələrdə yaşayan əhaliyə leysan, sel və torpaq sürüşməsi barədə xəbərdarlıq edib.  Xəbərdarlıqdan sonra isə 245 min nəfərin təxliyəsi başladılıb.

Qeyd edək ki, iyulun 3-də Yaponiyanın Atami şəhərində baş verən sürüşmə nəticəsində 130 ev dağılmışdı.

DİĞER HABERLER

Top