Yaxın qohumlar arasında nikah qadağan oluna bilər


Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər. Yeniavaz.com azertag.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur. Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur. Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək. Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top