Quaydo: "Maduronun yüksək vəzifəli məmurları Türkiyəyə qaçıb"


Venesuela müxalifətinin lideri Xuan Quaydo prezident Nikolas Maduro administrasiyası məmurlarının bir hissəsinin ölkəni tərk etdiyini açıqlayıb. Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Quaydo "Tvitter" hesabında onların Türkiyəyə qaçdıqlarını yazıb:

“Əsgərlər bilmirlər ki, hər kəsi ittiham edən yüksək vəzifəli məmurları artıq Türkiyəyə yola düşüblər”. 

Quaydo ybir daha Venesuela Silahlı Qüvvələrini müxalifəti dəstəkləməyə və düzgün "tarixi seçim" etməyə çağırıb. Müxalifət lideri Maduro tərəfdarlarına da səslənib: "Konstitusiyanın tərəfinə keçin. Bu gün Venesuelanın bizim hər birimizə ehtiyacı var. Bu bütün venesuelalıların mübarizəsidir"

Xatırladaq ki, bundan əvvəl Maduroya bağlı Milli Qvardiyanın dörd əsgəri Kolumbiya sərhədində zirehli maşınla baryerlər aşaraq qonşu ölkəyə qaçıblar, Quaydo onları fərari hesab etməkdən imtina edib. 

DİGƏR XƏBƏRLƏR

Top