Trampı 200-dən çox məxfi agent qoruyacaq


Amerika lideri Donald Trampın təhlükəsizliyini təmin etmək məqsədi ilə ABŞ Məxfi Xidmətinin 200-dən çox nümayəndəsi Hanoya gedəcək. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, D. Tramp gələn həftə Vyetnamın paytaxtı Hanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşəcək. ABŞ-ın Yaponiyadakı hərbi bazasından 4 təyyarə Məxfi Xidmətin agentlərini Hanoya beynəlxalq aeroportuna çatdıracaq. Agentlər şəhərdəki xəstəxanaların birində qalacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top