Bu ilin yanvar ayında Azərbaycanda 89 ədəd minik avtomobili istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, fevral ayının əvvəlinə olan məlumata görə ölkədə 190 ədəd avtomobil ehtiyat olaraq qalıb. Bu ilin yanvar ayının əvvəlində ötən ildən ehtiyat olaraq qalan 193 minik avtomobilinin olduğunu nəzərə alsaq, o zaman yanvar ayı ərzində 92 ədəd avtomobil satılıb.