Saakaşvilidən ona erməni deyənlərə cavab: “Məndə qeyri-gürcü qanı yoxdur” - FOTO


Gürcüstanın keçmiş prezedenti Mixeil Saakaşvili öz genlərini DNT analizindən keçirib.  Yeniavaz.com 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Saakaşvili öz "feysbuk" səhifəsində fəxrlə elan edib. O bildirib ki, onun damarlarında 99% gürcü, 1 % yunan qanı axır: "Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”.

Saakaşvili bu addımı radikal gürcü millətçilərinin onun etnik erməni olması barədə ittihamlarına cavab olaraq atıb.

DİGƏR XƏBƏRLƏR

Top