ABŞ-dan Türkiyəyə “S-400” xəbərdarlığı


“Vaşinqton Rusiya ilə nüvə silahının yayılmasının durdurulması üzrə geniş saziş üçün dialoqa açıqdır”.

Bu barədə ABŞ-ın NATO-dakı səlahiyyətli nümayəndəsi Key Beyli Hatçinson bəyan edib.

“Hökumətimiz ballistik raketlərə malik bütün ölkələrin daxil olacağı silahlanma üzərində nəzarət haqqında müqaviləni imzalamaq imkanlarını tapmağa çalışır”,- deyə xanım Hatçinson Şimali Atlantika alyansının müdafiə nazirlərinin Brüsseldəki toplantısında bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın hazırladığı raketlərdən müdafiə olunmaq üçün xüsusi saziş protokolunu da irəli sürüb.

Hatçinson bundan başqa Türkiyəyə Rusiyanın “S-400” raketlərini almaması ilə bağlı olaraq bir daha xəbərdarlıq edib.

“Biz NATO ölklərinin birinin Ruisyanın raket əleyhinə müdafiə sistemi ilə silahlanmasından çox narahatıq. Ümid edirik ki, Türkiyə doğru qərar qəbul edərək, başqa bir sistemi tapacaq”- deyə amerikalı diplomat söyləyib. (musavat)

DİGƏR XƏBƏRLƏR

Top