milyonluq-saati-ogurlanan-azerbaycanlinin-kimliyi-melum-oldu-foto

Milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi məlum oldu - FOTO

nazirlik-isegoturenlere-xeberdarliq-etdi-sebeb

Nazirlik işəgötürənlərə xəbərdarlıq etdi - SƏBƏB

fuad-abbasovun-evini-elinden-aliblar-sehheti-yaxsi-deyil

Fuad Abbasovun evini əlindən alıblar - Səhhəti yaxşı deyil

cümə axşamı, 27 iyun 2019
AZ RU EN TR

CƏMİYYƏT

Azərbaycan alimləri yeni velosiped modelinə patent əldə ediblər

12.02.2019 14:22 Oxundu 1059


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped modelinə patent əldə ediblər (Avrasiya Patent Təşkilatı - seriya nöm: 030801).

AMEA Radiasiya Problemləri İnstitutundan Yeniavaz.com-a verilən məlumata görə, Azərbaycanın ümumilikdə ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işi olan sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir. Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi bu velosiped modeli səkkiz fərqli ötürmə ədədinə malik sürətlər qutusu və sürət dəyişən mexanizmlə təchiz olunduğundan, şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.
Qeyd edək ki, sözügedən velosiped modeli patentləşdirilsə də, hələki ilkin sınaq versiyası hazırlanmamışdır.