“İndidən bazarlarda qiymətlər qalxıb” - Deputat


Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib. 

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: “Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.
 

DİGƏR XƏBƏRLƏR

Top