Mərkəzi Bankın valyuta ehtiyatları nə qədər artıb? - CƏDVƏL


Bu ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 33,4 milyon dollar və ya 0,6% artaraq 5 milyard 655,9 milyon dollara yüksəlib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində valyuta ehtiyatları 274,7 milyon dollar və ya 5,1 artıb.
Qeyd edək ki, 2017-ci ilin fevral ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 381,2 milyon dollar həddində olub.
Mə­lu­mat üçün bil­di­rək ki, Mərkəzi Bankın val­yu­ta eh­ti­yat­la­rı 2014-cü ilin iyul ayın­da ta­ri­xi zir­və­yə - 15 mil­yard 193 mil­yon dol­la­ra yük­sə­lib. La­kin növ­bə­ti ay­dan - av­qust­dan baş­la­ya­raq val­yu­ta eh­ti­yat­la­rın­da azal­ma mü­şa­hi­də olu­nub. Bu, ey­ni za­man­da 18 ay­dan son­ra qey­də alı­nan ilk azal­ma olub. Be­lə ki, val­yu­ta eh­ti­yat­la­rı 2013-ci ilin fev­ral ayın­dan son­ra heç vaxt aşa­ğı düş­mə­yib. Ən kəs­kin azal­ma isə 2014-cü ilin de­kabr ayın­da baş ve­rib - 1 milyard 238 milyon dollar.
Onu da bil­di­rək ki, Mərkəzi Bankın val­yu­ta eh­tiy­yat­la­rı 2008-ci il ər­zin­də 2 də­fə­yə ya­xın (45%) ar­ta­raq 3 mil­yard 370,4 mil­yon dol­lar­dan 6 mil­yard 137 mil­yon dol­la­ra qə­dər yük­səl­di­yi hal­da, 2009-cu il­də 15,9% və ya 976 mil­yon dol­lar aza­la­raq 5 mil­yard 161 mil­yon dol­la­ra dü­şüb. Bun­dan baş­qa, val­yu­ta eh­ti­yat­la­rı 2010-cu il­də 19,5% və ya 1 mil­yard 245,9 mil­yon dol­lar ar­ta­raq 6 mil­yard 407 mil­yon dol­la­ra, 2011-ci il­də isə 63,5% və ya 4 mil­yard 73,9 mil­yon dol­lar ar­ta­raq 10 mil­yard 481,5 mil­yon dol­la­ra yük­sə­lib. 2012-ci idə isə 11,5% və 1 mil­yard 213,3 mil­yon dol­lar ar­ta­raq 11 mil­yard 694,8 mil­yon dol­la­ra ça­tıb. 2013-cü il­də isə ar­tım 35% və ya 3 mil­yard 670,5 mil­yon dol­lar təş­kil edib. 2014-cü ildə 2,8% və ya 393,7 mil­yon dol­lar aza­la­raq 13 mil­yard 758,3 mil­yon dol­la­ra dü­şüb. 2015-ci ildə azalma 2,7 dəfə və ya 8 mil­yard 741,6 mil­yon dol­lar təş­kil edib. 2016-cı ildə 20,7% və ya 1 milyard 42,3 milyon dollar azalaraq 3 milyard 974,4 milyon dollar səviyyəsinə düşüb. 2017-ci il ərzində isə 34,2% və 1 milyard 360,2 milyon dollar artaraq 5 milyard 334,6 milyon dollara yüksəlib. Ötən il ərzində isə 4,8% və 256,3 milyon dollar artaraq 5 milyard 590,9 milyon dollara yüksəlib.
 
Son 13 il­də Mər­kə­zi Ban­kın
val­yu­ta eh­ti­yat­la­rı:
TARİX VALYUTA EHTİYATLARI
31.12.2006 1 967,3 mln. $
30.11.2007 3 370,4 mln. $
30.12.2008 6 137 mln. $
29.12.2009 5 161,7 mln. $
30.12.2010 6 407,6 mln. $
30.12.2011 10 481,5 mln. $
31.12.2012 11 694,8 mln. $
30.12.2013 14 152 mln. $
31.12.2014 13 758,3 mln. $
30.12.2015 5 016,7 mln. $
30.12.2016 3 974,4 mln. $
29.12.2017 5 334,6 mln. $
30.12.2018 5 590,9 mln. $
31.01.2019 5 655,9 mln. $
 
 

DİGƏR XƏBƏRLƏR

Top