davudoglu-akp-ve-prezidentlik-sistemini-sert-tenqid-etdi

Davudoğlu AKP və Prezidentlik sistemini sərt tənqid etdi

deputat-30-secicini-meshed-ziyaretine-gonderdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

bedeninde-152-tikis-olan-aprel-qazisi-12-kvadratmetrlik-otaqda-qaliriq-video

Bədənində 152 tikiş olan Aprel qazisi: "12 kvadratmetrlik otaqda qalırıq" - VİDEO

çərşənbə axşamı, 23 aprel 2019
AZ RU EN TR

CƏMİYYƏT

Mübariz İbrahimovun posterləri Ermənistan səfirliyinə vuruldu - VİDEO

11.02.2019 13:16 Oxundu 1002


Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

Yeniavaz.com axar.az-a istinadən xəbər verir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.
Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.
Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.
Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.