BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

AİLƏ-SAĞLAMLIQ

Bakıda suçiçəyinə bənzər virus yayılıb - DİQQƏT!

11.02.2019 11:14 Oxundu 636


Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb. 

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.  

Səpkilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə açıqlamasında bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

“Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb”.

Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.

Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir.