Bakıda DYP maşınının görünməyən nömrəsi - VİDEO - YENİLƏNİB


Məsələ ilə bağlı BDYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, BAKU.WS-ə istinadən xəbər verir ki, videoda həmin avtomobilin dəqiq hasnı quruma aid olduğu da məlum deyil: “Video baxış zamanı hadisənin harada baş verdiyi və hansı zaman çəkildiyi məlum deyil. Yenə də Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xatırladılır ki, hər hansı sürücüdən və avtomobildən asılı olmayaraq, bu qanun şamil edilir. Göstərilən videoda hansısa tanınma nişanı görünmür. Bununla bağlı hansısa fikir demək çətindir. Hadisənin nə vaxt və hansı şəraitdə baş verdiyi də dəqiq deyil”, - deyə qurum rəsmisi bildirib. R.Quliyev deyib ki, Yol Hərəkəti haqqında qanunun tələbinə əsasən, hərəkətdə olan hər hansı avtomobilin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz halda saxlamalıdır: “Hazırda qış mövsümü ilə əlaqədar olaraq kənd və yollarda çirklənmə, palçıq yaranması ehtimalı artdığından sürücülər dövlət qeydiyyat nişanlarını təmiz saxlamağa daha çox diqqət yetirməlidirlər”.
Qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyat nişansız və ya saxta nömrələrlə, yaxud qeyri-standart nömrələrlə idarə etməyə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

***09:47
Yollarda hərəkət edən avtomobillərin dövlət qeydiyyat nişanı mütləq təmiz olmalıdır.

Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, nömrəsi təmiz olmayan avtomobillər saxlanılır və sürücülər yol polisləri tərəfindən cərimələnir. Bu dəfə isə bu qaydaları Dövlət Yol Polis İdarəsinin əməkdaşları özləri pozub.

Belə ki, Bakıda yol polisi maşını dövlət qeydiyyat nişanı çirkli halda idarə olunur.

Qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyat nişansız və ya saxta nömrələrlə, yaxud qeyri-standart nömrələrlə idarə etməyə görə 60 manat məbləğində cərimə nəzərdə tutulur.
 

DİGƏR XƏBƏRLƏR

Top