Venesuela müxalifətinin lideri: Əsgərlər tezliklə bizim tərəfə keçəcəklər


Venesualanın müxalif Milli Assambleyasının sədri Xuan Quaido bəyan edib ki, ölkə hərbçilərinin dəstəyini almağa nail olub, hərbçilər tezliklə onun tərəfində duracaq.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, X. Quaidonun sözlərinə görə, Venesuela əsgərlərinin 75-80 faizi əhalinin qalan hissəsi kimi aclıqda yaşayır və onların maaşları ailələrini dolandırmaq üçün kifayət etmir. O vurğulayıb: “Narazılıq hər yerdə eynidir. Bizim hərbçilər arasında dəstəyimiz var və əminəm ki, onlar tezliklə bizim tərəfə keçəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top