Amerikalı general Venesueladakı böhran fonunda Kolumbiyaya gedib


ABŞ Hərbi Qüvvələrinin Cənub komandanlığı yanında Cənubi Amerikadakı ABŞ Quru Qoşunlarının komandanı general-mayor Mark Stammer Venesuelada yaşanan siyasi böhran fonunda Kolumbiyaya yollanıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, M.Stammer Kolumbiyanın silahlı qüvvələri və hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə iki ölkə əməkdaşlığının möhkəmləndirilməsi məsələlərini, o cümlədən regionda təhdidlərə qarşı mübarizə addımlarını müzakirə etmək niyyətindədir. Amerikalı generalın səfəri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Vaşinqtonda Venesueladakı vəziyyətə həsr olunmuş brifinq zamanı əlində tutduğu bloknotdakı yazı ilə bağlı yayılan məlumatlarla üst-üstə düşüb. Bloknotda “Kolumbiyaya 5 min hərbçi” yazısı görünür. C. Boltonun özü ABŞ-ın Venesuela ilə bağlı bütün variantları nəzərdən keçirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top