Tehranda it gəzdirmək qadağan olundu


İranın paytaxtı Tehranda it gəzdirmək qadağan olub. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu paytaxtın polis rəisi Hüseyin Rahimi İran Radiyo və Televiziya Qurumunun tabeliyində olan Gənc Jurnalistlər Cəmiyyəti İnformasiya Agentliyinə (YJC) verdiyi  müsahibəsində bildirib. 

İctimai yerlərdə it gəzdirməyin insanlarda qorxuya səbəb olduğunu bildirən Rahimi, avtomobillərdə də it gəzdirməyin qadağan olunduğunu, əks təqdirdə polisin sərt müdaxilə edəcəyini bildirib. Sözügedən qadağa isə yaxın günlərdə Tehranın Levasan rayonunda parkda qadına itin hücum etməsi nəticəsində, rayon prokurorunun yeni qadağa gətirməsi ilə gündəmə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top