Rusiya ABŞ-ın sanksiya qərarından sonra Venesuela hökumətinə dəstəyini nümayiş etdirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuela prezidenti Nikolas Maduroya dəstək üçün lazımi addımların atılacağını açıqlayıb. Lavrov ölkənin neft şirkətini hədəf alan sanksiyaları beynəlxalq hüquqa zidd adlandırıb.
Qeyd edək ki, ABŞ özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydoya dəstək verir və Maduro hökumətini devirməyə çalışır.(qaynarinfo)