“Arsenal” Vengerə böyük məbləğdə kompensasiya ödəyib


“Arsenal” müqavilənin vaxtında əvvəl pozulmasına  klubun keçmiş baş məşqçisi Arsen Vengerə və onun köməkçilərinə böyük məbləğdə kompensasiya ödəyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ödənilən məbləğin həcmi 17,1 milyon funt-sterlinq təşkil edib. Xatırladaq ki, 69 yaşlı fransız mütəxəssis London klubunu ötən mövsümün sonunda tərk edib, hərçənd onun müqavilə üzrə bir ili qalmışdı. A. Venger 22 il ərzində “Arsenal”da işləyib. Onun rəhbərliyi altında komanda üç dəfə İngiltərə çempionu olub, hərəyə 7 dəfə olmaqla ölkə Kubokunu və Super Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top