Ərəbistanda "gender bərabərliyi" tədbirində mükafatlar ancaq kişilərə verildi - VİDEO


Birləşməş Ərəb Əmirliklərində keçirilən bir tədbir dünya mediasında narazılıqlara səbəb olub. Belə ki, Dubayda “İş həyatında gender bərabərliyi” mövzusunda keçirilən tədbirdə bütün mükafatlar kişilərə verilib. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər il keçirilən beynəlxalq bərabərlik araşdırmaları zamanı  siyahının sonlarında yer alan Birləşmiş Ərəb Əmirliklərində qəribə bir tədbir keçirilib. İş yerlərində gender bərabərliyinə diqqəti çəkən qurumların mükafalandırıldığı tədbirdə bütün mükafatların kişilərə verilməsi həm gülünc həm də acınacaqlı bir hal alıb.
Mükafatlar isə BƏƏ prezidentinin müavini və Dubayın əmiri Şeyx Rəşid əl-Maktum tərəfindən verilib.

DİGƏR XƏBƏRLƏR

Top