Sabiq erməni deputatın restoranında atışma - 1 ölü, 8 yaralı


Yerevanda yerləşən və Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyana məxsus “Partez” restoranında silahlı insident baş verib. 

Bununla bağlı Ermənistanın mətbuatı məlumat yayıb.

Hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

İnsident zamanı “Makarov” və “TT” markalı tapançalardan atəş açılıb. Hadisənin təfərrüatı məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top