Bakıda taxta bazarında yanğın - RƏSMİ MƏLUMAT


Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən Yeniavaz.com-averilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb. Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

DİGƏR XƏBƏRLƏR

Top