Təyyarəni qaçırmağa çalışan şəxsin saxlanılma anı - Yenilənib - VİDEO


Surqut-Moskva reysini yerinə yetirən təyyarəni ələ keçirərək marşurutun Əfqanıstana dəyişdirilməsini tələb edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, pilot yanacaq dolduramaq bəhanəsi ilə Xantı-Mansiysk şəhərinin havalimanına eniş etdikdən sonra həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxsin 41 yaşlı Pavel Şapovalov olduğu müəyyən olunub. Onun üzərindən heç bir silah tapılmayıb.


15:52***
Rusiyanın “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Surqut – Moskva reysini yerinə yetirərkən silahlı şəxs tərəfindən ələ keçirilib.

41 yaşlı Pavel Şapovalov adlı sərnişin təyyarəni Əfqanıstana yönəltməyi tələb edib.

“Flight Radar” xidmətinin məlumatına görə, aralarında bir körpə olan 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhəri yaxınlığında enişə gedir.(report)

DİGƏR XƏBƏRLƏR

Top