Ermənistan "Qazprom" şirkətilə qaz tarifi barədə razılığa gəlib


Ermənistan hakimiyyəti Rusiyanın "Qazprom" şirkətilə qaz tarifi barədə razılığa gəlib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Davos iqtisadi forumunda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya mətbuatına verdiyi açıqlamada bildirib. Paşinyan qeyd edib ki, "Qazprom" Ermənistana deyil, "Qazprom-Ermənistan" şirkətinə satdığı təbii qazın qiymətini yüksəldib: "Biz "Qazprom-Ermənistan" şirkəti ilə danışdıq və razılığa gəldik ki, ölkə daxilində satılan təbii qazın qiyməti dəyişməyəcək".
Məlumat üçün bildirək ki, dekabr ayının sonunda "Qazprom" şirkəti "Qazprom-Ermənistan" şirkətinə satdığı təbii qazın hər min kubmetrinin qiymətini 150 dollardan 165 dollara qadırdığını bildirib. Qeyd edək ki, 2019-cu ildə "Qazprom" Ermənistana 2,5 milyard kubmetrə təbii qaz satacağını bildirib. Ermənistan ərazisində isə təbii qazı əhaliyə "Qazprom" şirkətinin törəmə şirkəti olan "Qazprom-Ermənistan" şirkəti satır.
 

DİGƏR XƏBƏRLƏR

Top