Azərbaycan istehsalı olan kondisonerlər anbarlarda qalıb, heç kim almır


Son 2 ildə Azərbaycanda məişət kondisonerləri istehsal olunmadığı halda, anbarlarda 2241 ədəd kondisioner qalıb. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, 2017 və 2018-ci illərdə ölkədə 1 ədəd də olsun kondisioner istehsal edilməyib. 2018-ci ilin yanvar ayının 1-də hazır məhsul ehtiyatı kimi göstərilən 2441 ədəd kondsionerlərin sayı 2019-cu ilin yanvar ayının 1-də də dəyişməz qalıb.
Maraqlıdır ki, ötən il ərzində yerli istehsal hesab olan məişət kondisonerlərindən 1 ədədi belə satılmadığı halda, ilin ilk 10 ayı ərzində xarici ölkələrdən 133 min 900 ədəd məişət kondisioneri idxal edilib. Onu da bildirək ki, əvvəlki illə müqayisədə kondisioner idxalı ötən il 1,8 dəfə artıb.   

 

DİGƏR XƏBƏRLƏR

Top