socar-ruminiya-iqtisadiyyatina-68-mln-avro-investisiya-yatirib

SOCAR Rumıniya iqtisadiyyatına 68 mln avro investisiya yatırıb

qazaxistanin-yeni-prezidenti-and-icdi

Qazaxıstanın yeni prezidenti and içdi

islahatlar-derinlesecek-artiq-muvafiq-gosterisler-verilib

"İslahatlar dərinləşəcək, artıq müvafiq göstərişlər verilib"

çərşənbə, 20 mart 2019
AZ RU EN TR

İDMAN

AFFA milli komandaya baş məşqçi təyin etdi

11.01.2019 17:54 Oxundu 250


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məqşçi təyinatı gerçəkləşib. 
Yeniavaz.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Milan Obradoviçə həvalə olunub. Təyinat AFFA Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun həyata keçirilib. 
Qeyd edək ki, Milan Obradoviç 3 avqust 1977-ci ildə keçmiş Yuqoslaviyanın paytaxtı (hazırda Serbiyanın paytaxtı) anadan olub. Futbolçu karyerası ərzində Serbiyanın "Radniçki", "Obiliç", OFK, "Partizan", Rusiyanın "Lokomotiv" (Moskva), Almaniyanın "Borussiya" (Münhenqladbax), Yunanıstanın "Akratitos", Ukraynanın "Metallist" (Xarkov) və "Arsenal" (Kiyev) klublarında oynayıb, Yuqoslaviyanın U-21 və əsas millilərində çıxış edib.
Məşqçiliyə Serbiyanın "Napredak" klubunda (2015-ci il) köməkçi kimi başlayan mütəxəssis daha sonra Sloveniya təmsilçisi "Koper"də (2015-2016) eyni vəzifəni tutub. 2016-cı ildə bu komandanın baş məşqçisi olan 41 yaşlı Obradoviç son olaraq Serbiya U-19-nu (2017) çalışdırıb.