rusiyanin-as-pa-ya-uzvluyu-berpa-edildi-azerbaycan-da-destekledi

Rusiyanın AŞ PA-ya üzvlüyü bərpa edildi - Azərbaycan da dəstəklədi

iki-ermeniye-qalib-gelen-haci-eliyev-qelebeni-herbcilere-hesr-edirem

İki erməniyə qalib gələn Hacı Əliyev: "Qələbəni hərbçilərə həsr edirəm"

ilham-eliyev-azerbaycan-ordusu-dunya-miqyasinda-guclu-ordular-sirasindadir

İlham Əliyev: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"

cümə axşamı, 27 iyun 2019
AZ RU EN TR

DÜNYA

İndoneziyada 1 il ərzində 11500-dən çox zəlzələ olub

11.01.2019 17:47 Oxundu 196


İndoneziyada 2018-ci il ərzində zəlzələlərin sayı əhəmiyyətli dərəcədə artaraq, 11500-ü ötüb.

Bu barədə Antara agentliyi İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika İdarəsinə (BMKG) istinadla məlumat yayıb.

BMKG-nin məlumatına görə, 2017-ci ildə 7172 yeraltı təkan qeydə alınmışdı. 2018-ci ildə isə 11577 müxtəlif maqnitudalı və dərinlikdə zəlzələ baş verib. Əlavə olaraq bildirilir ki, gücü 5 baldan yuxarı zəlzələlərin ümumi sayı 297-yə bərabər olub.

2018-ci ildə İndoneziyada baş verən zəlzələlər nəticəsində həlak olanların və itkin düşənlərin sayının son 10 ildə ən çox olduğu barədə məlumat yayılıb. Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinin nümayəndəsi Sutopo Purvo Nurohonun bildirdiyinə görə, ötən il baş vermiş zəlzələlər nəticəsində həlak olanların sayı 4231 nəfər olub ki, bu da 2007-ci ildən bəri ən yüksək göstəricidir. 2018-ci ildə İndoneziyada yeraltı təkanların qeydiyyatı yanvarın 23-də Yava adasında baş vermiş zəlzələ ilə başlayıb.
(Azertac)