rusiyanin-as-pa-ya-uzvluyu-berpa-edildi-azerbaycan-da-destekledi

Rusiyanın AŞ PA-ya üzvlüyü bərpa edildi - Azərbaycan da dəstəklədi

iki-ermeniye-qalib-gelen-haci-eliyev-qelebeni-herbcilere-hesr-edirem

İki erməniyə qalib gələn Hacı Əliyev: "Qələbəni hərbçilərə həsr edirəm"

ilham-eliyev-azerbaycan-ordusu-dunya-miqyasinda-guclu-ordular-sirasindadir

İlham Əliyev: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"

cümə axşamı, 27 iyun 2019
AZ RU EN TR

GÜNDƏM

Azərbaycan Maduronu prezidenti kimi tanıyırmı? - Gürcüstan tanımadığını açıqladı

11.01.2019 14:04 Oxundu 279

Qonşu Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, onlar Venesuela Prezidenti Nikolas Maduronu ölkə prezidenti kimi tanımırlar.
Yenavaz.com xəbər verir ki, dünən Venesuelada Nikolas Maduronun andiçmə mərasimi keçirilib. Mərasim ölkə konstitusiyasına görə parlamentdə - Milli Assambleyada, millət vəkillərinin qarşısında baş tutmalıydı. Lakin, ölkədə keçirilən sonuncu prezident seçkilərinin nəticələri müxalifətin nəzarətində olan Milli Assambleya tərəfindən qəbul olunmadığı üçün Nikolas Maduronun andiçmə mərasimi Ali Məhkəmənin bnasında baş tutub.
Nikolas Maduronun legitimliyi təkcə ölkə parlamenti tərəfindən deyil, bir-sıra ölkələr tərəfindən də tanınmayıb. ABŞ başda olmaqla Amerika Dövlətləri Təşkilatının (ADT) əksər üzvləri Nikolas Maduronu prezident kimi tanımadılqarını bildiriblər.
ABŞ-dan fərqli olaraq Rusiya Nikolas Maduronu prezident kimi tanıdığını açıqlayıb. Maduronu prezident kimi tanıyan ölkələr arasında qonşu Türkiyə də var. Türkiyənin vitse-prezinenti Fuat Oktay Maduronun andiçmə mərasimində iştrak edib.
Azərbaycanın Nikolas Maduronu prezident kimi tanıyıb-tanımadığı, andiçmə mərasimində Azərbaycanın təmsil olunub-olunmadığı barədə rəsmi açıqlama verilməyib. Xarici İşlər Nazirliyinin rəsmi veb-səhifəsində - mfa.gov.az səhifəsində sonuncu xəbər ötən ilin dekabr ayının 27-də yerləşdirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə telefon zənglərinə cavab vermir.