avropa-surasi-mehman-huseynovun-isi-uzre-qetnamenin-qebulundan-imtina-edib

Avropa Şurası Mehman Hüseynovun işi üzrə qətnamənin qəbulundan imtina edib

mubariz-mensimov-azerbaycanda-300-isci-axtarir

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

ilham-eliyevin-ve-nikol-pasinyanin-davosda-qeyri-resmi-gorusu-olub

İlham Əliyevin və Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

çərşənbə, 23 yanvar 2019
AZ RU EN TR
AZ RU EN TR

GÜNDƏM

Erməni ailə özünü “Həsənov” kimi qələmə verdi - Almaniyada dələduzluq

10.01.2019 22:47 Oxundu 339


Erməni Mxrtçyan və Xalatyan ailəsi Almaniyada sığınacaq almaq üçün dələduzluq yolu ilə soyadlarını “Həsənov”a dəyişərək özlərini azərbaycanlı ailəsi kimi qələmə veriblər. Ancaq Nelli, Metaxsya və Gevorq adlı 3 övladı olan erməni ailənin bu istəyi baş tutmayıb. Almaniya hökuməti saxta “Həsənovlar”ı Ermənistana deportasiya etmək məcburiyyətində qalıb. 

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mxrtçyan və Xalatyanlar özünü “nənə” kimi təqdim edən qadının dəstəyi ilə sənədləşmə işlərini asanlaşdırmaq üçün özlərini azərbaycanlı kimi qələmə veriblər. Onlar 2017-ci ildə qaçqın statusu almaq üçün müraciətlərində mənfi cavabla qarşılaşdıqlarına görə  “azərbaycanlı olmaq” qərarına gəliblər. Həmin vaxtdan eməni ailə “Həsənov” soyadı altında Almaniyanın Vorms şəhərində yaşamağa başlayıb. 

Bir müddət sonra ailənin yalanı ifşa olunsa da, onlar könüllü geri qayıtmaq təklifini qəbul etməyiblər. Təkcə “nənə” geri qayıtmağa razılıq verib. Bu səbəbdən şəhərin miqrasiya xidməti hərəkətə keçərək erməni ailəni deportasiya edib. 

Ancaq hökumətin bu addımı erməni ailənin də daxil olduğu yerli kilsənin keşişi Dom Tobias Şeferi narazı salıb. O, Mxrtçyanların iki qızının kilsəyə üzv olduqlarını və hətta kilsə xorunda çıxış etdiklərini, artıq alman cəmiyyətinə adaptasiya olduqlarını bildirib. Yerli sakinlər isə məcburi deportasiyanın uşaqların psixikasına ciddi zərbə vuracağını müdafiə ediblər. 

Vormsun icra başçısı Hans Yoahim Kosubek isə miqrasiya xidmətinin qanunauyğun davrandığını, uşaqların isə valideynlərinin dələdzluğunun qurbanına çevrildiyini deyib. 

Şefer Nelli ilə telefonla danışdığını və ailənin Ermənistanda qohumları ilə birgə yaşadığını açıqlayıb: “Ailə ilə daim əlaqə saxlayacağıq və onlara imkan daxilində kömək etməyə çalışacağıq”.