avropa-surasi-mehman-huseynovun-isi-uzre-qetnamenin-qebulundan-imtina-edib

Avropa Şurası Mehman Hüseynovun işi üzrə qətnamənin qəbulundan imtina edib

mubariz-mensimov-azerbaycanda-300-isci-axtarir

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

ilham-eliyevin-ve-nikol-pasinyanin-davosda-qeyri-resmi-gorusu-olub

İlham Əliyevin və Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

çərşənbə, 23 yanvar 2019
AZ RU EN TR
AZ RU EN TR

CƏMİYYƏT

Bakıda qadını hipnoz edərək 5 min manat dəyərində qızılını apardılar - VİDEO

10.01.2019 20:53 Oxundu 272

Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.

Son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.

Belə bir cinayətə məruz qalan şəxslərdən biri paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə evinin qapısını döyüb. R. Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyərək mənzilə daxil olublar.

Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara heç kim mane olmasın. Rühəngiz Əhmədzadəni hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1,5 saatdan sonra özünə qaytaracaqlar.

Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4300 manat məbləğində ziyana düşdüyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.

Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.(XəzərTv)