ABŞ-dan Səudiyyə Ərəbistanına qarşı sərt qərarlar


Ötən həftə ABŞ senatında qəbul olunmuş qətnamələr Səudiyyə Ərəbistanı hökumətini hiddətləndirib.

Bu haqda BBC məlumat yayıb.

Cümə axşamı qəbul olunan qətnamələrdən biri ölkənin vəliəhd şahzadəsinin İstanbulda xüsusi amansızlıqla qətlə yetirilmiş jurnalist Camal Kaşıkçının ölümündə təqsirləndirir.

Digər qətnamə isə ABŞ-ın Yəməndəki müharibəyə görə Səudiyyə Ərəbistanına edilən hərbi yardımın dayandırılmasını nəzərdə tutur.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu sənədləri “həqiqəti əks etdirməyən iddialar” əsasında ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirib.

ABŞ mətbuatında yer alan məlumatlara görə, bu qətnamələr simvolik xarakter daşısa da, ABŞ senatorlarının Ər-Riyadın siyasətindən hiddətləndiyini Tramp administrasiyasına bir ismarıc şəklində çatdırır və iki ölkə arasında münasibətlərin pisləşməsinə yol aça bilər.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top